Modern.az

Aİ-dən Rusiyaya qarşı 22-ci sanksiya paketi - 1500-dən çox şəxs hədəfdə

Aİ-dən Rusiyaya qarşı 22-ci sanksiya paketi - 1500-dən çox şəxs hədəfdə

Dünya

Bu gün, 16:06

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyaya qarşı 22-ci sanksiya paketini razılaşdırıblar.

Modern.az xəbər verir ki, bu barədə TASS adı açıqlanmayan avropalı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, yeni sanksiya paketinə 1 500-dən çox şirkət və fiziki şəxsə qarşı məhdudiyyətlər daxil ediləcək.

Mənbə əlavə edib ki, sanksiya paketi həftənin sonunadək Aİ Şurası tərəfindən təsdiqlənəcək.

Reuters agentliyi isə bir gün əvvəl məhdudlaşdırıcı tədbirlərin təxminən 1 650 təşkilat və fiziki şəxsi əhatə edəcəyini bildirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycan-Türkiyə qardaşlığı vurulur - NƏYİ GÖZLƏYİRİK? - Modern.az