İstanbulun Maltepe rayonunun Cevizli məhəlləsində 7 mərtəbəli binanın alt 3 mərtəbəsi çöküb. Hadisə oktyabrın 8-də saat 05:40 radələrində Doğu küçəsində baş verib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə AFAD, yanğınsöndürmə, səhiyyə və polis qrupları göndərilib.
Binanın çökməyən üst mərtəbələrində qalan şəxslər xilasedicilər tərəfindən təxliyə edilib.
Dağıntılar altında axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Binanın alt 3 mərtəbəsinin hansı səbəbdən çökdüyü hələlik məlum deyil.
