Modern.az

Hörmüz boğazında neft tankeri minaya düşüb

Hörmüz boğazında neft tankeri minaya düşüb

Dünya

Bu gün, 17:11

İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının şərqində neft tankerinin dəniz minaları ilə toqquşması nəticəsində yanğın baş verdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə İran hərbçiləri məlumat yayıblar.

İran tərəfinin iddiasına görə, tanker izləmə sistemlərini söndürərək Tehranın qapalı zona hesab etdiyi əraziyə daxil olmağa cəhd edib.

Bildirilib ki, gəmi dəniz minaları ilə toqquşduqdan sonra yanğın başlayıb.

Tankerin hansı ölkəyə məxsus olduğu, heyət üzvlərinin vəziyyəti və hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, hadisə ilə bağlı İran hərbçilərinin açıqlaması müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...