Modern.az

Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb

Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb

Dünya

Bu gün, 11:48

Ermənistanın Şirak vilayətində rüşvət vermə və alma işi üzrə 10 nəfər saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mediası Korrupsiyaya qarşı Mübarizə Komitəsinə istinadən məlumat yayıb.

"Korrupsiyaya qarşı Mübarizə Komitəsində rüşvət alma və vermə halları üzrə başlanmış cinayət işi çərçivəsində 10 nəfər, o cümlədən Məhkəmə Aktlarının Məcburi İcrasının Təmin Edilməsi Xidmətinin Şirak ərazi bölməsinin rəisi və daha 2 vəzifəli şəxs saxlanılıb", – komitədən bildiriblər.

3 vəzifəli şəxs həbs edilib. Digər təqsirləndirilən şəxslər barəsində alternativ qətimkan tədbirləri seçilib. İstintaq davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Bakını "vuranlara" Fələstin şapalağı - Ərdoğan nə edəcək?