Modern.az

Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş

Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş

Dünya

Bu gün, 17:03

Macarıstanda müstəntiqlər keçmiş Milli inkişaf naziri Mikloş Seştakla bağlı cinayət işi çərçivəsində Budapeştdə və Macarıstanın üç bölgəsində iki günlük axtarışlar zamanı təxminən 17,7 milyon avro müsadirə ediblər.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, pullar müxtəlif yerlərdə, o cümlədən meşələrdə basdırılmış, kənd təsərrüfatı binalarında, anbarlarda, yaşayış binasında və təhlükəsiz seyflərdə gizlədilib.

Əməliyyat Seştakın, xüsusən də dövlət müəssisəsi və dövlətə məxsus tikinti layihələri üçün nəqliyyat vasitələrinin alınması ilə bağlı külli miqdarda rüşvət almaqda şübhəli bilindiyi istintaqın bir hissəsi olub. Viktor Orbanın baş nazirliyi dövründə hökumətdə xidmət etmiş Seştak sentyabrın sonundan bəri həbsdədir.

AP qeyd edir ki, bu, Orbanın əməkdaşları ilə bağlı aparılan yeganə istintaq deyil. Mərkəzi Bankın keçmiş sədri Dyörgy Matolcsypó da Mərkəzi Bankın fondundan sui-istifadə etməkdə şübhəli bilinərək həbs olunub.

Bundan əlavə, noyabrın 9-da keçmiş baş nazirin qardaşı Aron Orban viza fırıldaqçılığı şübhəsi ilə saxlanılıb.

Gülbadam Cümşüdova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)