Modern.az

Rusiya hərbi attaşesi Danimarkadan çıxarılır

Rusiya hərbi attaşesi Danimarkadan çıxarılır

Dünya

20 Noyabr 2026, 23:49

Danimarka hakimiyyəti Rusiya hərbi attaşesini ölkədən çıxarmaq qərarına gəlib.

Modern.az xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen TV2 telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, Rusiya səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Rasmussen, həmçinin Avropa ölkələrini Rusiya vətəndaşlarına viza verilməsini dayandırmağa çağırıb.

Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın müvafiq addımlar atacağını bildirib. O, Danimarkanın qərarına əsas kimi göstərilən məlumatları saxta adlandırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İrandan müharibə ANONSU: Dəhşətli hücum başlayır?