ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner cümə axşamı Berlində Qətərin yüksəkvəzifəli rəsmiləri ilə görüşüblər.
Modern.az xəbər verir ki, bu barədə "Aios" məlumat yayıb.
Görüşdə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səylər müzakirə olunub.
Qətər atəşkəs rejiminin bərpasına, nüvə danışıqlarının yenidən başlamasına və hərbi əməliyyatların yeni mərhələsinin qarşısının alınmasına nail olmağa çalışır.
Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqlərinə baxmayaraq, yeni il başlayana qədər İrana qarşı növbəti hərbi əməliyyatlarla bağlı qərar verməyəcəyini bildirib.
Son həftələrdə İran və Qətər rəsmiləri arasında bir neçə görüş keçirilsə də, hələlik ciddi irəliləyiş əldə olunmayıb.