Modern.az

Türkiyə hakerləri Rusiya saytlarına hücum hazırlayır

 Türkiyə hakerləri Rusiya saytlarına hücum hazırlayır

Dünya

29 Dekabr 2015, 22:24


Ayyıldız kiber qruplaşması Rusiya saytlarına hücuma hazırlaşdıqlarını bəyan edib. Modern.az Türkiyə mediasına istinadən bildirir ki, hücum ediləcək saytlar arasında Müdafiə Nazirliyinin portalı da var.

Dekabrın 28-də türkiyəli hakerlər Türkiyənin iri şirkətlərini hədəf aldığını elan edən Anonymous qruplaşmasına məxsus olduğu ehtimal edilən  anonymoushackers.org. saytını dağıdıblar.

Resursda Türkiyə bayrağının fonunda belə yazı da olub: “Sizə Ayyıldız kiber ordusu hücum edib”.

“Biz Türkiyə dövlətini aşağılamaq istəyənlərə dərs veririk. Növbədə Rusiyadır”, - haker qrupunun lideri Cetkan Bir Yafes deyib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı