Modern.az

Brüsseldə yenə partlayış olub

Brüsseldə yenə partlayış olub

Dünya

25 Mart 2016, 18:23



Brüsselin Cxarbek rayonunda güclü partlayış olub. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Belçikanın paytaxtındakı həmin ərazidə terror əleyhinə əməliyyat gedir.

Məlumatda partlayış baş verən ərazidə atışma səsləri eşidildiyi də bildirilir. Güc strukturlarının əməkdaşları hazırda küçələri mühasirəyə alır, insanların ictimai nəqliyyatdan evaukasiyası həyata keçirilir. Yerli KİV-lərin məlumatına görə, xüsusi təyinatlılar terrorçuluqda şübhəli bilinən şəxsi neytrallaşdıra biliblər.  

Modern.az
 
Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!