Modern.az

Motosiklet ağaca çırpıldı - Sürücü öldü

Motosiklet ağaca çırpıldı - Sürücü öldü

Hadisə

24 Aprel 2023, 19:26

Biləsuvarda motosiklet ağaca çırpılıb, sürücü xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Modern.az APA-ys istinadən xəbər verir ki, hadisə rayonun Ağayrı kəndində baş verib.

 

Kənd sakini 1997-ci il təvəllüdlü Dadaş Bəhlul oğlu Əsgərzadə idarə etdiyi motosikleti ağaca çırpıb. Xəsarət alan sürücü xəstəxanaya çatdırılıb. Buna baxmayaraq, o, Biləsuvar rayon Mərkəzi Xəstəxanasında ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!