Modern.az

Sumqayıtda keçmiş məhkum silahla SAXLANILDI

Sumqayıtda keçmiş məhkum silahla SAXLANILDI

Hadisə

5 Noyabr 2023, 10:59

Sumqayıt şəhərində keçmiş məhkumda silah aşkarlanıb.

 

Modern.az xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunan, Lənkəran şəhər sakini, 1983-cü il təvəllüdlü Kələntərov Rahim Səxavət oğlunun üzərindən “Walter” markalı tapança və həmin tapançaya aid 1 ədəd boş sandıqca aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...