Modern.az

2 yaşlı körpə xəstəxanada öldü

2 yaşlı körpə xəstəxanada öldü

Hadisə

17 Aprel 2025, 21:25

Kürdəmirdə xəstəxanaya gətirilən azyaşlı ölüb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə saat 20:00 radələrində qeydə alınıb.

 

Belə ki, Göygöl sakini, 2023-cü il təvəllüdlü Məmmədov Ramal Ramin oğlu yaxınları ilə avtomobillə Kürdəmir ərazisindən keçərkən halı pisləşib.

 

Yaxınları onu Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

 

Fakt araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə