Modern.az

Ağdam və Xocavənddəki yanğınlar SÖNDÜRÜLDÜ

Ağdam və Xocavənddəki yanğınlar SÖNDÜRÜLDÜ

Hadisə

10 Avqust 2025, 11:05

Ötən gün Ağdam və Xocavənd rayonları ərazisində başlayan yanğınlar tam söndürülüb.

 

Modern.az-ın məlumatına görə, Xocavənd rayonun Çörəkli və Ağdam rayonunun Novruzlu kəndləri ərazisində baş verən yanğının Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları tərəfindən geniş ərazilərə yayılmasının qarşısı alınıb və tam söndürülüb.

 

Hazırda tüstülənmə müşahidə olunan yerlərdə qabaqlayıcı tədbirlər görülür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?