Modern.az

Avtoxuliqanlıq edən sürücü həbs olundu

Avtoxuliqanlıq edən sürücü həbs olundu

Hadisə

2 Sentyabr 2025, 14:20

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlərlə idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və hərəkət iştirakçılarına təhlükə yaradan sürücü Xaləddin Əliyev saxlanılıb.

Modern.az-ın məlumatına görə, onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə X.Əliyev 17 sutka inzibati qaydada həbs edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə