Modern.az

Xəzərdə 1 nəfər batıb, axtarış aparılır

Xəzərdə 1 nəfər batıb, axtarış aparılır

Hadisə

14 Aprel 2026, 16:48

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.

Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Rahim Ramiz oğlu Osmanovun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!