Modern.az

6 üzvü qazdan zəhərlənən ailə ilə bağlı qərar verildi

6 üzvü qazdan zəhərlənən ailə ilə bağlı qərar verildi

Hadisə

15 Aprel 2026, 14:37

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən daha iki uşaq valideynlərin razılığı əsasında dövlət himayəsinə veriləcək.

Modern.az xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti məlumat verilib. 

Bildirilib ki, yeni tədris ili başlayandan sonra həmin uşaqlar Bilgəhdə yerləşən internat evində təhsillərini davam etdirəcəklər.

Qeyd olunub ki, ailənin ümumilikdə 7 uşağı var, onlardan 4-ü hazırda Bilgəhdə yerləşən internat evində təhsil alır:

"Yerdə qalan iki uşaq da dövlət himayəsinə veriləcək. Həmin uşaqların gələn həftədən etibarən dövlət himayəsinə verilməsi nəzərdə tutulur və onlar növbəti tədris ilindən etibarən Bilgəhdə təhsillərini davam etdirəcəklər. Ailədə qalan körpə isə südəmər olduğundan valideynlərin yanında qalır".

Aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı körpə qız ölüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya bu ölkəyə qarşı HÜCUMA BAŞLADI: NATO qoşunları hərəkətə keçdi