Modern.az

Qobustanda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Qobustanda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Hadisə

21 Aprel 2026, 10:40

Qobustan rayonunda bir ailənin 4 üzvü zəhərlənib.

Modern.az xəbər verir ki, Qobustan rayon sakinləri - 30 yaşlı X.Mədətova, 11 yaşlı F.Mədətova, 10 yaşlı M.Mədətov və 4 yaşlı A.Mədətov ilkin ehtimallara görə, yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, hazırda müalicələri davam edir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.(AZƏRTAC)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...