Modern.az

METRODA FACİƏ: qatar yoluna düşən sərnişin öldü

METRODA FACİƏ: qatar yoluna düşən sərnişin öldü

Hadisə

Bu gün, 20:51

Bu gün saat 20:20 radələrində “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb.

Modern.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

İlkin məlumata əsasən, sərnişin (kişi) qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb. Qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib.

Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və “Nərimanov” stansiyasından elektrik deposuna göndərilib.

Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.

Allah rəhmət eləsin!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?