Modern.az

Müəllim yol qəzasında ölüb

Müəllim yol qəzasında ölüb

Hadisə

22 Aprel 2026, 10:20

Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi İlahə Kamranova yol qəzasında ölüb.

Modern.az xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkə hesabında bildirilib.

“O, sadəcə bir müəllim deyil, həm də gözəl bir insan və örnək bir şəxsiyyət idi.

Məktəb rəhbərliyi və müəllim kollektivi adından mərhumənin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu ağır itki tək ailəsinin deyil, bütün təhsil ocağımızın itkisidir, - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, İlahə Kamranova ötən gün Bakının Yasamal rayonunda, Kənar dairəvi yolda baş vermiş ağır yol-nəqliyyat hadisəsində həlak olub.
 
"Toyota" markalı minik avtomobilinin hərəkətdə olan “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində üç nəfər yaralanıb, bir nəfərin meyiti maşından çıxarılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən əhaliyə TƏCİLİ ÇAĞIRIŞ - Moskvadan çıxın!