5 aylıq hamilə olan Astara sakini Bakıda xəstəxanaların birində ölüb.
Modern.az xəbər verir ki, rayonun Rinə kənd sakini olan, Zümrüd Kamran qızı Hacıyeva səhhətində yaranan ağırlaşmaya görə Bakı şəhərinə xəstəxanaların birinə göndərilib.
Həkimlərin göstərdiyi bütün tibbi müdaxilələrə baxmayaraq o, müalicə aldığı xəstəxanada ölüb.
Əldə etdiyimiz məlumata görə Z. Hacıyeva 5 il bundan qabaq ailə qurub. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Meyit ailəsinə təhvil verilib və kənd qəbiristanlığında dəfn olunub.