Modern.az

Bu il yol qəzalarında 140 nəfər ölüb

Bu il yol qəzalarında 140 nəfər ölüb

Hadisə

Bu gün, 15:54

2026-cı ilin yanvar-mart aylarında 252 və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 14,2 faiz azalaraq 319 nəfər olub.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, qəzalar nəticəsində 140 nəfər həlak olub, 179 nəfər isə yaralanıb. Hadisələrin 42,9 faizi gecə, 37,7 faizi gündüz, 19,4 faizi isə toran vaxtı baş verib. Yol-nəqliyyat hadisələrinin 32,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 84,1 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,9 faiz azalaraq 99 nəfər, yaralananların sayı isə 21,9 faiz azalaraq 168 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 42,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 37,3 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,6 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,7 faizini, yaralananların isə 71,5 faizini kişilər təşkil edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!