Modern.az

Ucarda çaqqal insanlara hücum etdi

Ucarda çaqqal insanlara hücum etdi

Hadisə

24 Aprel 2026, 13:14

Ucar rayonunda sakinlər çaqqal hücumuna məruz qalıb.

Modern.az xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində qeydə alınıb.

Kənd sakini, 72 yaşlı Güləndam Məmmədova öz həyətində çaqqal hücumuna məruz qalıb. Yırtıcı heyvanın yaraladığı G.Məmmədovanın köməyinə gələn qonşuları - 67 yaşlı Musa Həsənov və onun həyat yoldaşı, 65 yaşlı Fatma Həsənova da xəsarət alıblar.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!