Modern.az

İçərisində xəstə olan təcili yardım maşını qəzaya uğradı

İçərisində xəstə olan təcili yardım maşını qəzaya uğradı

Hadisə

24 Aprel 2026, 15:11

Göygöldə yol-nəqliyyat hadisəsi olub.

Modern.az xəbər verir ki, hadisə Göygöl şəhərinin Azay Kazımov küçəsində qeydə alınıb.

"Mercedes" markalı təcili tibbi yardım avtomobili ilə VAZ-2106 markalı minik maşını toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Məlumata görə, qəza zamanı təcili tibbi yardım avtomobilində xəstə olub.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.(Lent.az)

Sizə yeni x var
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ