Modern.az

Minik və yük avtomobili toqquşdu, bir ölü, 4 yaralı

Minik və yük avtomobili toqquşdu, bir ölü, 4 yaralı

Hadisə

25 Aprel 2026, 08:54

Ağcabədidə bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə laçınlı məcburi köçkünlərin məskunlaşdığı Qayğı qəsəbəsində qeydə alınıb.

Belə ki, Laçın rayon sakini Quliyev Bakir Möhbalı oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobil Yevlax rayon sakini Bədəlov Azər Bənah oğluna məxsus "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Nəticədə "VAZ"ın sürücüsü hadisə yerində ölüb.

Maşında olan digər sərnişinlər - 1980-ci il təvəllüdlü Həsənov Habil Əli oğlu, 2008-ci il təvəllüdlü Həsənov Polad Habil oğlu, 2013-cü il təvəllüdlü Həsənov Murad Habil oğlu və 2014-cü il təvəllüdlü Həsənov Razi Surxay oğlu müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.("Report")

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...