Modern.az

Balıq tutarkən faciəli şəkildə öldü

Balıq tutarkən faciəli şəkildə öldü

Hadisə

25 Aprel 2026, 11:48

Salyanda bədbəxt hadisə baş verib.

Modern.az xəbər verir ki, hadisə aprelin 24-ü saat 15 radələrində rayonun Yenikənd kəndi ərazisində baş verib.

Belə ki, Fuad Nəhmədov balıq tutarkən ehtiyatsızlıq nəticəsində istifadə etdiyi qarmaq elektrik xəttinə toxunub. Nəticədə o, elektrik cərəyanı vurması səbəbindən xəsarət alıb.

Zərərçəkən dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...