Modern.az

Bu il 21 piyadanı maşın vuraraq öldürüb

Bu il 21 piyadanı maşın vuraraq öldürüb

Hadisə

27 Aprel 2026, 14:34

Bu ilin 3 ayı ərzində paytaxt yollarında qeydə alınan 68 yol-nəqliyyat hadisəsinin 43-ü piyada vurulması ilə bağlı olub.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Məlumata görə, nəticədə 21 piyada ölüb, 24-ü isə xəsarət alıb.

"Qəzaların olmaması üçün sürücülər yollarda ilk növbədə diqqətli olmalı, sürət həddinə əməl etməlidirlər. Piyadalar keçidlərdən istifadə etməli, sürücülərin onlara yol verdiyinə tam əmin olduqdan sonra yolu keçməlidirlər", NİİM-dən bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ