Modern.az

Lerikdə yük maşını dərəyə aşıb, ölən var

Lerikdə yük maşını dərəyə aşıb, ölən var

Hadisə

Bu gün, 14:40

Lerikdə yük maşını dərəyə aşıb.

Modern.az xəbər verir ki, hadisə bu gün Lerik rayonu ərazisində qeydə alınıb.

Astara sakini 1999-cu il təvəllüdlü Həmzə Mirseyidzadənin idarə etdiyi "QAZ-66" markalı yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Sürücü Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunsa da, həkiməqədər ölüm faktı baş verib.

Faktla bağlı araşdırma aparılır.(APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə