Modern.az

Bakıda ağır qəza: nasaz maşın ölümə səbəb oldu

Bakıda ağır qəza: nasaz maşın ölümə səbəb oldu

Hadisə

Bu gün, 11:48

Bakıda Kənar Dairəvi yolda qəza baş verib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Modern.az-a verilən xəbərə görə, hadisə yolun 5-ci kilometrində qeydə alınıb:

"Şəban Həsənov idarə etdiyi “FAW” markalı yük avtomobilində yaranan texniki nasazlıq səbəbindən Yasamal rayonu ərazisindən keçən Kənar Dairəvi yolun 5-ci kilometrində məcburi dayanıb. Qanunvericilikdə nəzərdə tutulan təhlükəsizlik tədbirləri görmək, ən qısa müddətdə avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, təəssüf ki, Ş.Həsənov avtomobilin arxa hissəsində, qısa bir məsafədə yerə 2 əşya düzməklə kifayətlənib, bununla vəzifəsini yerinə yetirdiyini güman edib. Nəticədə nasaz nəqliyyat vasitəsinin dayandığı zolaqda hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü Orxan Cavadov vəziyyəti gec qiymətləndirib və gəldiyi sürətlə də yük avtomobili ilə toqquşub. Sükan arxasında diqqətinin yayındığı, yaxud yuxuladığı ehtimal edilən O.Cavadov xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb".

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sözügedən hadisənin videogörüntüsünü təqdim etməklə bir daha sürücüləri diqqətli olmağa, qeyd olunan səbəblərdən dəfələrlə ağır faciələrin yaşandığını nəzərə alaraq, qanunla tələb olunan vəzifələri qeyd-şərtsiz yerinə yetirməyə, özlərinin və başqalarının həyat və sağlamlığına biganə qalmamağa çağırır.

 

Sizə yeni x var
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə