Modern.az

Kürdə su artdı, körpü sıradan çıxdı

Kürdə su artdı, körpü sıradan çıxdı

Hadisə

29 Aprel 2026, 14:26

Sabirabadın Ulacalı kəndində Kür çayında suyun səviyyəsinin artması fəsadlara səbəb olub.

Modern.az xəbər verir ki, son günlər yağan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsi artmaqdadır.

Nəticədə Sabirabadın Ulacalı və Qruzma kəndlərini birləşdirən panton körpü sıradan çıxıb.

Kəndlər arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq məhdudlaşıb.(APA)

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!