Modern.az

Lənkəranda çayxanada başlayan mübahisə qanla bitdi

Lənkəranda çayxanada başlayan mübahisə qanla bitdi

Hadisə

4 May 2026, 00:44

Lənkəranda 36 yaşlı kişi bıçaqlanıb.

Modern.az xəbər verir ki, hadisə rayonun Girdəni kəndindəki çayxanada baş verib.

Belə ki, şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı kənd sakini, 42 yaşlı Eldəniz Hüseynov həmkəndlisi 1990-cı il təvəllüdlü Samik Qadir oğlu Bayramova bıçaqla xəsarət yetirib.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

S.Bayramova döş qəfəsi və budun açıq yarası diaqnozu təyin olunub və əməliyyat olunub.

Əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Eldəniz Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. (Report)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!