Goranboyda baş verən qəzada xəsarət alanların adları məlum olub.
Modern.az-ın məlumatına görə, xəsarət alan hər iki sürücülər, Qazel avtomobilində olan Nərimanlı kənd sakini 1982-ci il təvəllüdlü S.Quliyeva, Balakürd kənd 1975-ci il təvəllüdlü Ş. Abdullayeva, Qızılhacılı qəsəbə sakini 1962-ci il təvəllüdlü N Mustafayeva, Nərimanlı kənd sakini 1972-ci il təvəllüdlü Z.Məmmədova, Nərimanlı kənd sakini 1989-cu il təvəllüdkü A.Şirinova Qızılhacılı qəsəbə sakini 1973-cü il Y. Məmmədova və daha bir nəfərdir.
Hadisə bu gün səhər saatlarında Goranboy-Borsunlu-Gəncə magistral yolunun Rəhimli kəndindən keçən hissəsində baş verib. Veyisli kənd sakini 1986-cı il təvəllüdlü X.Cəfərova idarəetdiyi Ford Fusion minik avtomobili ilə hərəkətdə olan zaman, idarə etməni itirərək Balakürd kənd sakini 1990-cı il təvəllüdlü A.Nəbiyevin idarəetdiyi Qazel markalı mikroavtobusla toqquşub. Hadisə nəticəsində avtomobillərə ziyan dəymişdir.
Qeyd edək ki, Qazael markalı mikroavtobusda olanların fəhlələr olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.