Modern.az

Əhəd Abıyev polkovnik qardaşı vəfat etdi

Əhəd Abıyev polkovnik qardaşı vəfat etdi

Hadisə

Bu gün, 00:02

Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevə ağır itki üz verib.

Modern.az xəbər verir ki, onun qardaşı polkovnik Qadir Abıyev vəfat edib.

Əhəd Abıyev bildirib ki, qardaşı bir neçə gün öncə səhhətindəki problemlə bağlı xəstəxanaya yerləşdirilibmiş:

"Üç gün əvvəl ürəyində yaranan qəfil ağrılarla bağlı Mərkəzi Gömrük Hospitalına yerləşdirdik. Həkimlərin bütün səylərinə baxmayaraq, qardaşım bu gün həyatını itirdi".

Qeyd edək ki, sabah Qurd Qapısı qəbiristanlığında mərhumun dəfn mərasimi keçiriləcək.

Q.Abıyev uzun illər gömrük sahəsində çalışıb.

Xatırladaq ki, Ə.Abıyevin bu ilin əvvəli digər qardaşı Nadir Abıyev də vəfat etmişdi. (Qafqazinfo)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV