Modern.az

Novxanı yolunda qəza - Ölən var

Novxanı yolunda qəza - Ölən var

Hadisə

9 May 2026, 18:53

Novxanı-Pirşağı yolunun Abşeron rayonu, Novxanı kəndi istiqamətindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, "BYD" markalı minik avtomobili ilə motosiklet toqquşub.

Qəza nəticəsində motosikletdə olan şəxslərdən biri hadisə yerində həyatını itirib, digər şəxs isə ağır xəsarətlər alıb. Xəsarət alan şəxs təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...