Modern.az

Şəkidə dağlarda iki nəfər yolunu azdı - VİDEO

Şəkidə dağlarda iki nəfər yolunu azdı - VİDEO

Hadisə

11 May 2026, 09:26

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonunda dağlıq ərazidə iki nəfərin yolunu azması və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri axtarış-xilasetmə əməliyyatına cəlb olunub.

Bildirilib ki, gecə saatlarında keçirilmiş əməliyyat nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağlıq ərazidə azmış vətəndaşlar tapılaraq xilas olunublar.

 

 

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır