Modern.az

Xızıda sürücü öz maşınının altında qalıb öldü

Xızıda sürücü öz maşınının altında qalıb öldü

Hadisə

11 May 2026, 11:01

Xızıda kişi avtomobilinin altında qalaraq ölüb.

Modern.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün səhər saatlarında baş verib.

Məlumata görə, rayonun Altıağac qəsəbəsində 44 yaşlı Şahin Bayramov idarə etdiyi “Jeep” markalı avtomobili yoxuşlu yolda saxlayıb, arxa təkərinə daş qoymaq istəyərkən ehtiyatsızlıqdan avtomobil hərəkət edərək üzərindən keçib və nəticədə o ölüb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...