Modern.az

Məktəbli qızı nişanlısı öldürdü: məzun geyiminə görə

Məktəbli qızı nişanlısı öldürdü: məzun geyiminə görə

Hadisə

Bu gün, 13:01

Özbəkistanın Namangan vilayətinin Kasansay rayonunda 28 yaşlı kişi 11-ci sinif şagirdi olan 18 yaşlı nişanlısını öldürüb.

Modern.az xəbər verir ki, hadisə mayın 6-sı səhər saatlarında cütlük arasında yaranan mübahisə zamanı baş verib. Özbəkistan Baş Prokurorluğunun məlumatına görə, münaqişənin səbəbi məzun gecəsi üçün seçilən paltarla bağlı mübahisə olub və hadisədə qısqanclıq motivləri də yer alıb.

Mübahisə zamanı şübhəli şəxs qıza döş və qarın nahiyəsindən bir neçə dəfə bıçaq zərbəsi endirib. Hadisədən sonra o qaçıb.

Yaralı məktəbli təcili olaraq yaxınlıqdakı tibb müəssisəsinə çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hüquq-mühafizə orqanları cinayətkarın yerini operativ şəkildə müəyyən edərək onu saxlayıblar. 

Kasansay rayon prokurorluğu Özbəkistan Cinayət Məcəlləsinin 97-ci maddəsinin 1-ci hissəsi (“Qəsdən adam öldürmə”) ilə cinayət işi açıb. Şübhəli şəxsi uzunmüddətli həbs cəzası gözləyir. İstintaq davam edir, şahidlər dindirilir və cinayətin motivləri araşdırılır.(Lent.az)

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV