Modern.az

Sabirabadda ağır qəza: Bir ölü, 7 yaralı

Sabirabadda ağır qəza: Bir ölü, 7 yaralı

Hadisə

12 May 2026, 09:04

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Modern.az xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Belə ki, üç nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Ələsgərov Bəxtiyar, 1990-cı il təvəllüdlü Əhmədova Xalidə, 1970-ci il təvəllüdlü Allahverdiyeva Arifə, 1975-ci il təvəllüdlü Xudiyev Emin, 1964-cü il təvəllüdlü Turabov Mürvət və daha iki nəfər xəsarət alıb.

Sabirabad rayonunun Qaragüney kənd sakini, 1978-ci il təvəllüdlü Qurbanov İbrahim Səxavət oğlunun həyatını isə xilas etmək mümkün olmayıb.

Xəsarət alanlar Şirvan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. ("Report")

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ