Modern.az

Lənkəranda İran vətəndaşı zəncirvari qəza törətdi

Lənkəranda İran vətəndaşı zəncirvari qəza törətdi

Hadisə

Bu gün, 09:16

Lənkəranda üç avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Modern.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Şiləvar kəndi ərazisində qeydə alınıb. Belə ki, Səhəd Dədəyev idarə etdiyi “VAZ-2107” markalı nəqliyyat vasitəsi ilə dönmə əməliyyatı həyata keçirərkən, arxadan hərəkətdə olan İran İslam Respublikası vətəndaşı Yasir Əzizadənin idarə etdiyi “Volvo” markalı yük avtomobili onun nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən idarəetməni itirən “VAZ-2107” markalı avtomobil əvvəlcə Əli Ramazanovun idarə etdiyi “Toyota Prius” markalı minik avtomobilinə, daha sonra isə yol kənarındakı dirəyə dəyib.

Nəticədə “VAZ-2107” markalı avtomobilin sürücüsü diz və burun nahiyəsindən xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.(AzərTac)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?