Modern.az

Bakıda evin bir hissəsi kollektora çökdü - FOTO

Bakıda evin bir hissəsi kollektora çökdü - FOTO

Hadisə

Bu gün, 11:32

Paytaxtın Xətai rayonunda yerləşən evin həyətyanı sahəsi çöküb. Hadisə mayın 17-də qeydə alınıb.

Modern.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib ki, ərazidə kollektorun üzərində inşa edilmiş tikililərin yaratdığı yüklənmə nəticəsində şəbəkədə qəza baş verib.

“Məsələ ilə bağlı Bakı Sukanal İdarəsi tərəfindən əraziyə baxış keçirilib. Müvafiq işlərin görülməsi üçün aidiyyəti üzrə müraciət olunub”.

Qurumdan əlavə edilib ki, su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolaqlarında hər hansı tikinti işlərinin aparılması qanunvericiliyə ziddir. (Trend.az)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı