Modern.az

Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi

Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi

Hadisə

Bu gün, 11:35

Qusar rayonunda törətdiyi cinayət əməllərinə görə axtarışda olan şəxs saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görülən tədbirlərlə R.Rəsulov zərərsizləşdirilib.

Hadisə yerindən tapança aşkar olunaraq götürülüb.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sosial mediada yayılan məlumatlara görə R.Rəsulov 16 yaşlı qıza qarşı cinayətdə şübhəli bilinib və bu kimi əməllərə görə axtarışda olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı