Modern.az

Girdiman çayında 5 nəfər xilas edildi - VİDEO

Girdiman çayında 5 nəfər xilas edildi - VİDEO

Hadisə

28 May 2026, 11:58

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Girdiman çayının İsmayıllı rayonu, Zərnava kəndindən keçən hissəsində vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Modern.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Niva” markalı minik avtomobilinin çayda suyun güclü axını nəticəsində hərəkət edə bilməməsi səbəbindən vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalan 5 nəfər (kişi cinsli) xilas edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!