Modern.az

Türkanda ağır qəza 51 yaşlı kişinin həyatına son qoydu

Türkanda ağır qəza 51 yaşlı kişinin həyatına son qoydu

Hadisə

24 İyun 2026, 09:30

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə ötən gün Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Davud Nəsirovun idarə etdiyi “BYD” markalı avtomobil yolu keçmək istəyən piyada, 1975-ci il təvəllüdlü Rauf Qafarovu vurub.

Ağır xəsarətlər alan piyada dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...