Bakı Slavyan Universitetinin sabiq rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının keçmiş sədri Nurlana Əliyeva vəfat edib.
Modern.az xəbər verir ki, Oxu.az-ın məlumatına görə, o bu gün səhər saatlarında dünyasını dəyişib.
Nurlana Əliyeva son vaxtlar səhhətində yaranmış problemlərlə əlaqədar xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru, YAP-ın Qadınlar Şurasının sədri olub. Onun adı bir sıra qalmaqallarda hallanıb.
2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin əməkdaşı Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. O zaman N.Əliyevanın ölkədən qaçdığı barədə xəbərlər yayılmışdı.
Sonradan Nurlana Əliyeva şahid qismində məhkəməyə gələrək ifadə vermişdi.