Modern.az

İqbal Ağazadənin adından daha bir jurnalistdən pul istədi: “Dedim sürücünü göndərin”

İqbal Ağazadənin adından daha bir jurnalistdən pul istədi: “Dedim sürücünü göndərin”

Hadisə

2 İyul 2026, 10:47

Ümid Partiyasının sədri İqbal Ağazadənin Teleqram hesabını ələ keçirən kiberdələduz, siyasətçinin adından istifadə edərək onun telefon kontaktında olan müxtəlif şəxslərə mesaj yazaraq pul istəyib.

Ötən gün baş verən bu hadisə zamanı kiberfırıldaqçının toruna düşənlər də olub, mesajdan şübhələnib ona cavab verməyənlər də.

İqbal Ağazadənin adından istifadə edən naməlum şəxsin pul istədiyi adamlar arasında Ümid Partiyasının üzvlərilə yanaşı, tanınmış jurnalistlər də olub.

Artıq xəbər verildiyi kimi LAF TV internet televiziyasının rəhbəri Ləman Ələşrəfqızı bu hadisədə zərərçəkənlərdən biridir. İqbal Ağazadənin adı ilə onunla əlaqə saxlanılıb və bu yolla aldadılaraq 600 manat pul vəsaiti mənimsənilib.

Modern.az xəbər verir ki, İqbal Ağazadənin Teleqram hesabını ələ keçirən şəxs daha bir tanınmış xanım jurnalisti tora salmaq istəyib. Belə ki, kiberfırıldaqçı məsəniyyət yazarı Afaq Vasifqızı ilə də əlaqə saxlayaraq ondan da pul istəyib. Bu barədə jurnalistin özü məlumat verib:

“Mənə də yazdı. Mən də yazdım ki, sürücünü göndərin, nağd verə bilərəm. Kartda pul saxlamıram. Susdu”.

Qeyd edək ki, naməlim şəxs Ümid Partiyasının üzvləri Turab Balayev, Validə Məmmədli və digərlərini aldadaraq onlardan müxtəlif məbləğlərdə pul mənimsəyib.

Aşağıda həmin şəxsin Ümid Partiyasının üzvləri ilə yazışmalarını təqdim edirik:




A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...