Modern.az

Sabunçuda ağır QƏZA: Ölən və yaralanan var

Sabunçuda ağır QƏZA: Ölən və yaralanan var

Hadisə

2 İyul 2026, 18:44

Bakının Sabunçu rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az "Report"a istinadən xəbər verir ki, hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetməni itirərək beton maneəyə çırpılıb.

Hadisə zamanı sürücü həlak olub. Avtomobildə olan sərnişin 35 yaşlı Fəridə Bədəlova xəsarət alıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...