Modern.az

Cəlilabadın bir hissəsində qaz olmayacaq 

Cəlilabadın bir hissəsində qaz olmayacaq 

Hadisə

3 İyul 2026, 18:53

Cəlilabad şəhərinin bir hissəsində qaz olmayacaq.

Modern.az xəbər verir ki, buna səbəb payız-qış mövsümünə hazırlıq işləridir.

Bununla əlaqədar olaraq iyulun 6-sı saat 10:00-dan işlər yekunlaşanadək Cəlilabad şəhərinin Heydər Əliyev prospektinin, Azərbaycan, M.Hüseynzadə və 20 Yanvar küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...