Modern.az

Nazirlik çimərliklərə gedənlərə müraciət etdi

Nazirlik çimərliklərə gedənlərə müraciət etdi

Hadisə

Bu gün, 18:40

Fövqəladə Hallar Nazirliyi (FHN) iyulun 7-8-də Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Modern.az-ın məlumatına görə, müraciətdə bildirilib ki, güclü külək səbəbindən qeyd olunan günlərdə dənizə girmək təhlükəlidir.

FHN vətəndaşları təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağıraraq, qaydalara laqeyd yanaşmanın insan həyatı üçün ciddi təhlükə yaratdığını vurğulayıb.

Qeyd olunub ki, təhlükə ilə üzləşən şəxslər dərhal 112 qaynar xəttinə zəng etməlidirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV