Modern.az

Samuxda ağır qəza: Ölənlər var

Samuxda ağır qəza: Ölənlər var

Hadisə

8 İyul 2026, 23:02

Samuxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, “VAZ 2107" ilə “Mercedes” markalı minik avtomobillərinin toqquşması zamanı 1975-ci il təvəllüdlü S. Əhmədov, 1987-ci il təvəllüdlü F. Əhmədova və 1962-ci il təvəllüdlü A. Alıyeva ölüb.

Hadisə zamanı iki nəfər də ağır xəsarət alıb. Qəza yerinə FHN Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib.

Avtomobildə sıxılmış vəziyyətdə qalan 3 nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobildə sıxılı vəziyyətdə yaralı olaraq qalan daha bir nəfər də xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

(APA)

Sizə yeni x var
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...