Modern.az

"Azərsilah"ın poliqonunda YANĞIN

"Azərsilah"ın poliqonunda YANĞIN

Hadisə

Bu gün, 12:51

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı dünən axşam saatlarında yanğın hadisəsi baş verib.

Modern.az xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının səbəbi və digər təfərrüatlar araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə