Modern.az

Bakıda tələbənin meyiti tapıldı

Bakıda tələbənin meyiti tapıldı

Hadisə

23 İyul 2026, 14:24

Bakıda gənc oğlan müəmmalı şəraitdə vəfat edib.

Modern.az xəbər verir ki, "Qafqazinfo"nun məlumatına görə, hadisə ötən gecə Suraxanı rayonu Yeni Günəşli yaşayış massivində baş verib.

Belə ki, iyulun 23-ü saat 02 radələrində 2007-ci il təvəllüdlü İbrahim Rəvan oğlu Hacızadənin meyiti yaşadığı “V” yaşayış sahəsindəki evdə yaxınları tərəfindən aşkar edilib.

İ.Hacızadənin paytaxtdakı universitetlərdən birinin 3-cü kurs tələbəsi olduğu bildirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...